Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırlayır. Günün ən çox müzakirə olunan məsələlərdən biri də Türkiyənin Tunceli vilayətinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulmasıdır. Suriyanın Hələb şəhərində hadisələri getdikcə qorxunc hal almağa başlayıb və proseslər Dəməşq ilə onun müttəfiqi olan Moskvanın istədiyi şəkildə gedir. Belarus prezidenti Aleksandr Lukaşenkonun bu gün Azərbaycana ikigünlük rəsmi səfərə gəlib.

Rusiya Ermənistana yeni Qarabağ sürprizi hazırladığı barədə Ermənistanın “Aravot” qəzeti yazıb.
Qəzet qeyd edib ki, Rusiya və Ermənistanın vahid ordusunun yaradılması Ermənistan üçün tələdir.

“Vahid ordu sülh vaxtı Ermənistan hərbi rəhbərliyinə, müharibə vaxtı isə birbaşa Rusiya hərbi rəhbərliyinə tabe olacaq. Bu, ilk şübhəli məqamdır. Digər tərəfdən, sənəddə göstərilir ki, bu ordu üçüncü ölkəyə qarşı yönləndirilməyib. Lakin vahid ordunun hansı təhlükəyə qarşı duracağı dəqiq açıqlanmır. Əgər razılaşmada “Üçüncü dövlətə qarşı yönəlməyib” qeydi varsa, deməli bu ordu Azərbaycan və Türkiyəyə qarşı heç nə etməyəcək. Ümumiyyətlə, açıq qalan suallar var və Ermənistan rəhbərliyi buna cavab vermir. Yalnız müəyyən ehtimallar irəli sürmək mümkündür”.

Qəzetin əsas ehtimalı odur ki, Moskva İrəvan üçün sürpriz hazırlayır və bu sürprizdə Qarabağın ayrıca yeri var.

“Azərbaycan və Rusiya münasibətlərinin səviyyəsi deməyə əsas verir ki, Qarabağda hansısa hərbi toqquşma zamanı Rusiya Ermənistanı dəstəkləməyəcək. Ehtimal ki, Moskvanın bu layihəsi erməni ordusunun üzərində nəzarəti tamamilə ələ almağa hesablanıb. Həmçinin, mümkündür ki, Moskva Qarabağ münaqişəsi ətrafında hadisələrin müəyyən inkişafı halında rus sülhməramlılarının daxil olmasına yaşıl işıq yandırılmasına çalışır”.

Ancaq Ermənistan müdafiə naziri Vigen Sərkisyan sözlərinə görə, Rusiya və Ermənistan arasında vahid ordu birləşmələri haqqında müqavilənin imzalanması Rusiya hərbi bazasının Ermənistanın müdafiəsində iştirak etməsi üçün hüquqi əsas yaradacaq. “Ermənistana hücum zamanı Gümrüdəki yerləşən Rusiya hərbi bazası müdafiə işlərinə cəlb edilməlidir. Bunun üçün isə mütləq hüquqi əsas lazımdır. Hazırkı şəraitdə hüquqi əsas məhz bu müqavilədir”, - deyə, o bildirib.

Qeyd edək ki, Sərkisyan bu gün Moskvaya səfər edib.

Belarus prezidenti Aleksandr Lukaşenkonun bu gün Azərbaycana ikigünlük rəsmi səfəri başlayıb.İki gün davam edəcək səfər çərçivəsində bir sıra ikitərəfli münasibətlərin müzakirə olunacağı, yeni müqavilələrin imzalanacağı gözlənilir.

Ən QORXUNC SSENARİ, birləşmiş ordu Azərbaycana qarşı... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üçün “ikinci Minsk”: Lukaşenkonu Bakıya gətirən SƏBƏBLƏR

Belarus liderinin məhz indi səfər etməsi yeni siyasi proseslərdən xəbər verir.