Ötən ay İsa Peyğəmbərin Qüdsdə yerləşən məzarı
arxeoloqlar tərəfindən açılmışdı. Arxeoloqlar məzarın birinci
qatını açandan sonra daş lövhə ilə qarşılaşdıqları üçün işi
dayandırdılar.
Publika.az xəbər verir ki, məzarı açan arxeoloqların
əvvəlcə davam etməkdən vaç keçdikləri və ətrafı bərpa etmək
istədikləri deyilsə də, bununla bağlı yeni faktlar ortaya
çıxıb.
Məlumatlara görə, arxeoloqlar məzardan qəribə daşlar tapıblar və bu
daşlar yoxlanılması üçün İsraildə labatoriyaya göndərilib.
Laboratoriyadan cavablar 5 ay müddətində gəlməlidir.
Mediaya açıqlanan məlumatda arxeoloqların bu daşlar vasitəsilə
məzar haqqında ətraflı öyrənmək, həmçinin, əvvəlki formasında bərpa
etmək istəyinin olduğu deyilsə də, fərqli məlumatlar da ortaya
çıxıb. Belə ki, tapılan daşların məzarın divarlarına aid olmadığı
və tamamilə başqa cism olduğu haqda informasiyalar yayılıb. Lakin
məzardan tapılanlar haqda dəqiq məlumat verilmir. Bərpa işlərinin
2017-ci ildə tamamlanacağı deyilir.
Asif