Qüdrət Həsənquliyev: “Sarkisyan Moskvada özünə deşik tapıb”

Qüdrət Həsənquliyev: “Sarkisyan Moskvada özünə deşik tapıb”
12:43 29 Noyabr 2016
64 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisin noyabr ayı üçün son plenar iclası işə başlayıb. Publika.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 37 məsələ daxildir.

İclasda çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanı hədələyib:

“Sarkisyan Bakını işğal edə biləcəklərini iddia edib. Aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sarkisyan indi Moskvada özünə deşik tapıb. O, arxasında “İsgəndər” raketlərini hiss edir və ona görə də bizi hədələyir”.

Deputat bildirib ki, Ermənistanın arxasında Rusiya dayanır:

“Biz Qarabağ problemini ona görə çözə bilmirik ki, onu Moskva müdadiə edir. Bu, Azərbaycanla indiki münasibətlərin səviyyəsinə uyğun gəlmir. Mən həmişə Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olmuşam. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz. Rusiyaya Milli Məclis olaraq müraciət etməliyik ki, sən bizdən nə istəyirsən? Əgər Rusiya Ermənistana dəstək verəcəksə, biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rusca təhsil alır. Ancaq Rusiya işğalçını müdafiə edir. Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini saxlamalıdır, ya da Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/177777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR