Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zakir Həsənov Rusiyaya gedib

Zakir Həsənov Rusiyaya gedib

Date: 29 November 2016 13:19

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin müdafiə nazirləri şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskvaya gedib.

 

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində müdafiə nazirinin rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılıb. Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif aspektləri, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının imzalanması nəzərdə tutulub. 


Bundan əlavə, general-polkovnik Z.Həsənovun bir sıra ölkələrin Müdafiə nazirləri ilə görüşləri də gözlənilir.

 


Tags:  Zakir Həsənov Rusiyaya gedib


RƏYLƏR


Top news