Müharibə alovundan qaçıb, Bakıda külə dönən ailə - YANĞIN YERİNDƏN REPORTAJ

Müharibə alovundan qaçıb, Bakıda külə dönən ailə - YANĞIN YERİNDƏN REPORTAJ
15:19 29 Noyabr 2016
195 Digər
Ölkə mətbuatı
A- A+

Biləsuvarda ev kül oldu: 1 ölü, 1 yaralı (17 İyun 2017 12:43)
Bakıda sürücü ər-arvadı vuraraq hadisə yerindən qaçıb (17 İyun 2017 08:32)
Masallıda kafe külə döndü (11 İyun 2017 06:19)

 

Bu gün Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsində yerləşən yarımçıq tikilidə baş vermiş dəhşətli yanğın bir ailəni məhv etdi. Gənc ata-ana və 2 körpə övladı yanaraq öldü...

 

“İmkanı olsaydı bu damda yaşayardımı”?

 

Biz hadisə yerinə çatanda ərazidə xeyli polis vardı. Yarımçıq tikilinin zirzəmisində məskunlaşmış onlarla məcburi köçkün ailəsi isə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun başına cəmləşmişdi. Əli Həsənovun “burada yeni bina tikilməsi nəzərdə tutulur, bütün problemlər həll ediləcək” deməsindən sonra insanların üzündəki narazı ifadə bir qədər dəyişmişdi. Kənarda dayanmış qadınlar isə “yazıq uşaq necə yanmışdı, gözümün qarşısından getmir”, digəri isə “bədbəxt bazarda badımcan satırdı, imkanı olsaydı bu damda yaşayırdımı” deyərək sitəm edirdi.

 

“Elə bildik, dünyanın sonudur”

 

Hadisənin şahidi olan Elnur adlı sakin deyir ki, gecə yarısı yanğın elə Babaşovların evindən başlayıb: “Burada elə çığırtı, elə ah-nalə səsləri gəlirdi ki, elə bilirdik dünyanın sonudu. Biz vedrələrlə su daşımağa başladıq. Seymurgil içəridə qalmışdı, çıxa bilmirdilər, nalələri ətrafa yayılmışdı”. Kənardan kimsə əlavə edir: “Çıxa bilməyəcəklərini görüb, yoldaşını və uşağı hamam salıb ki, özlərini su ilə qorusunlar. Amma elə tüstü vardı ki, ordan sağ çıxmaq mümkün deyildi”.

 

Hadisə vaxtı ailənin böyük övladı olan 9 yaşlı Fərhad qurtulmaq üçün özünü qapıya tərəf atıb. Bir qədər irəliləyən uşaq qapının ağzında huşunu itirib və yıxılıb. Şahidlər Fərhadın qanı olan yeri göstərib deyirlər: “Bura baxın, görün hansı şəraitdə yaşayırıq. O, yazıqların günahı nə idi. İmkanları olsaydı, normal evləri olsaydı, belə olardımı?”

 

Siqaret kötükləri

 

Burada yaşayan ailələr gecəni diri açıblar. Onlara müvəqqəti qalmaq üçün kirayə pulu veriləcəyi deyilsə də, çoxları məişət əşyalarını itirib. Yanğının söndürülməsi zamanı ətrafdakı evlərin də su altında qalması insanları bir başqa cür qayğılandırır.

 

Əsasən Cəbrayıl və Füzulidən olan məcburi köçkünlərin yaşadığı bu binanın tikintisi elə başlar-başlamaz yarımçıq qalıb. 1989-1990-cı illərdə yaradılmış kooperativlərdən birinin inşa etməli olduğu binanın zirzəmisindən başqa heç nəyi yoxdur. 1993-cü ildə Bakıya axışan məcburi köçkünlərin bir hissəsi bu cür yarımçıq tikililərə sığınmağa vadar olub. Lakin o vaxtdan bəri burada heç bir kommunal xarakterli iş aparılmayıb. Elektrik, qaz, su xətləri kortəbii formada çəkilib və heç bir texniki şərtə cavab verməyib. Yanan evlərin bir neçə metrliyində ucalan çoxmərtəbəli binaları göstərən Elnur deyir: “İnanırsız, neçə dəfə yuxarı mərtəbələrdən siqaret çəkib atıblar. Burda da hamısı taxtadandı, evlərin üstü zibillik kimidi. Başlayıb yanmağa. Neçə dəfə yanğınsöndürənlər gəlib buranı söndürməyə. Amma bu dəfəki kimi olmamışdı”.

 

Gecə Seymurun, Cəvahirin və iki uşağın meyiti morqa, oradan da Füzuli rayonuna aparılıb. Yəqin ki, onlar artıq dəfn edilib, bəlkə də indilərdə torpağa tapşırılacaqlar. Füzuli işğal olunarkən Seymurun 10, Cəvahirin isə 7 yaşı vardı. Rayonlarını doyunca görə bilməmişdilər. Fərhadla Elşad isə Füzulini heç vaxt görməyiblər. Və görməyəcəklər.

 

Onlar müharibənin alovundan qaçıb Bakıya gəldilər, amma bu alov 23 il sonra onları Bakıda yaxaladı. Sığındıqları yer onların həyatlarının puç olduğu yerə çevrildi...

 





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23 İyun 2017 18:29

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

23 İyun 2017 18:28

Azərbaycanlı şagirdlər robot düzəltmə yarışına çıxdılar - FOTO

23 İyun 2017 18:27

Şirvanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı

23 İyun 2017 18:27

Çempionlar Liqasında iştirak edəcək

23 İyun 2017 18:25

Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq tapıldı

23 İyun 2017 18:22

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

23 İyun 2017 18:22

Prezident İlham Əliyev

23 İyun 2017 18:20

İlham Əliyevdən Ramazan TƏBRİKİ

23 İyun 2017 18:19

"Şort geyinmək nədir, camaatın anası, bacısı var" - VİDEO

23 İyun 2017 18:17

"Barselona" braziliyalı futbolçu transfer etdi - RƏSMİ

23 İyun 2017 18:17

""Formula 1" Azərbaycanda idmanın inkişafına təkan veririr"

23 İyun 2017 18:15

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

23 İyun 2017 18:13

Pekində 500-ə yaxın aviareys təxirə salınıb - SƏBƏB?

23 İyun 2017 18:08

Bakı küçələrində Formula 1 həyəcanı

23 İyun 2017 18:07

Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

23 İyun 2017 18:07

Sumqayıt Dövlət Universitetinin sabiq prorektorunun oğluna hökm oxunub

23 İyun 2017 18:07

İqor Dodonun rəsmi səfəri başa çatıdı

23 İyun 2017 18:07

Dövlət büdcəsinin gəlirləri 511 milyona çatdırılacaq

23 İyun 2017 18:05

“Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir” - Nazir

23 İyun 2017 18:04

Azərbaycanda malların ixrac və idxalından əldə olunan vəsaitlərin qeydiyyatına nəzarət gücləndirilir

23 İyun 2017 18:02

Londonda avtomobilini məscidə gələnlərin üzərinə sürən şəxs terrorizmdə təqsirləndirilib

23 İyun 2017 18:02

Gəncədə Nigar Rəfibəyliyə həsr olunmuş tədbir keçirilib

23 İyun 2017 18:01

Regionlarda maarifləndirici

23 İyun 2017 18:01

Azərbaycan Qran Prisinin sərbəst yürüşü zamanı növbəti qəza baş verib

23 İyun 2017 17:57

"Bavariya"dan 50 milyonluq transfer

23 İyun 2017 17:57

Manatın sabaha olan

23 İyun 2017 17:57

Qusarda qədim qəbiristanlıq aşkarlanıb - FOTO

23 İyun 2017 17:54

Sumqayıtda xüsusi əməliyyat - 12 kq narkotik götürüldü - FOTO

23 İyun 2017 17:52

Goranboyda sel ciddi fəsadlar törədi - VİDEO - FOTO

23 İyun 2017 17:52

Hakimlərimiz Çempionlar Liqasında

23 İyun 2017 17:50

Azərbaycanda “Skype”la videozəng əvvəlki kimi hamı üçün mümkün olacaq? - RƏSMİ CAVAB (ÖZƏL)

23 İyun 2017 17:50

Mənim vətənim ELDAR BAXIŞDIR

23 İyun 2017 17:50

Rusiya NATO-ya hücum edəcək? - Lavrovdan CAVAB

23 İyun 2017 17:48

3 aydır qırıq ayaqla oynayırmış

23 İyun 2017 17:47

Qız uşaqları arasında sidik yolları infeksiyası yayılır - Səbəbi...

23 İyun 2017 17:47

Metronun üç stansiyasında iş vaxtı dəyişdi

23 İyun 2017 17:44

Prokuror Bakıda polisi güllələyən şəxsə 13 il cəza istədi

23 İyun 2017 17:43

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qubada vətəndaşlarla görüşəcək

23 İyun 2017 17:43

Bankın mühafizəçisi quldurları heyrətləndirdi - VİDEO - FOTO

23 İyun 2017 17:42

NASA Marsdan canlı görüntü yaydı - VİDEO

23 İyun 2017 17:38

Əlilliyi olan bir qrup şəxs Xaçmazdakı istirahət mərkəzinə göndərilib

23 İyun 2017 17:37

Ən çox gəlirli yüz İT şirkətinin siyahısı dərc edilib

23 İyun 2017 17:35

Yarışa 1 gün qalmış Formula 1 yollarında dəyişiklik

23 İyun 2017 17:33

Bakı trasında daha bir pilot qəzaya uğradı - FOTO

23 İyun 2017 17:32

Avtoyuma mənqətəqəsindən 12 min manatlıq oğurluq

23 İyun 2017 17:32

Misir prezidenti 500 məhbusu əfv etdi - Ramazan münasibətilə

23 İyun 2017 17:29

Türkiyə ilə Pakistan əməkdaşlığı genişləndirəcək

23 İyun 2017 17:28

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

23 İyun 2017 17:27

Həbsdə olan polkovnik: “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm”

23 İyun 2017 17:24