Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səməd Seyidov: "Avropa ölkələri ilə əməkdaşlığı möhkəmləndirmək üçün əlimizdən gələni edirik"

Səməd Seyidov: "Avropa ölkələri ilə əməkdaşlığı möhkəmləndirmək üçün əlimizdən gələni edirik"

Date: 29 November 2016 16:02

Bakı. 29 noyabr. REPORT.AZ/ Milli Məclisdə Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndə heyəti ilə görüş keçirilib. 
Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən məlumat verib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, Azərbaycan parlamenti obyektivlikdən uzaq və qərəzli münasibətlə üzləşməsi nəticəsində ötən il Avropa Parlamenti və Avronestlə əməkdaşlıq əlaqələrini dayandırmışdı: "Qarşı tərəfin ciddi səyləri nəticəsində bu ilin sentyabrında həmin əlaqələr yenidən bərpa olundu. Aparılan danışıqlar nəticəsində bu ilin sentyabrın 21-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimi ilə birgə bəyanat imzalandı. Münasibətlərin yenidən bərpasından sonra bu yaxınlarda nümayəndə heyətimiz Strasburqda səfərdə oldu. Biz Avropa ölkələri ilə əməkdaşlığı möhkəmləndirmək üçün əlimizdən gələni əsirgəmirik".
Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndə heyətinin rəhbəri Vinot Karolin əməkdaşlıq əlaqələrini dəstəklədiklərini bildirib, münasibətlərin bərpası və möhkəmlənməsi üçün səy göstərdiklərini vurğulayıb.
Milli Məclisin deputatı, Avropa İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qonaqlara Milli Məclislə Avropa Parlamenti arasındakı əlaqələrin yaranma tarixi və inkişaf mərhələləri barədə ətraflı məlumat verdikdən sonra Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri Fuad Muradov fikirlərini bölüşüb.
Deputatlar Asim Mollazadə, Sevinc Fətəliyeva, Kamran Bayramov, Ülviyyə Ağayeva qonaqları maraqlandıran sualları cavablandırıblar. 
Tədbirdə deputatlar Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun geniş tərkibli nümayəndə heyəti ilə bir sıra məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıblar.


Tags:  Səməd Seyidov Avropa ölkələri əməkdaşlığı möhkəmləndirmək əlimizdən gələni edirik

RƏYLƏR


Top news