“Azərbaycanda futbolçu yoxdu” - Murad Dadaşov

“Azərbaycanda futbolçu yoxdu” - Murad Dadaşov
18:19 29 Noyabr 2016
392 Digər
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin hazırkı durumu ilə tanış deyiləm. Açığı, turnir cədvəlində neçənci yerdə olduğunu da bilmirəm. Amma hər bir komandanın zirvəyə qalxdığı və ya zirvədən endiyi zamanlar olur”. Bunu apasport.az saytına məşhur şoumen Murad Dadaşov deyib.

 

O, Azərbaycan futbolunun hazırkı durumu və “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun heyətində birgə yer aldığı Bəhram Bağırzadənin “Neftçi”nin Müşahidə Şurasından istefa verməsindən danışıb.

 

Dadaşovun fikrincə, ölkə futbolu barədə ağızdolusu danışmaq mümkün deyil: “Eşitdiyimə görə Azərbaycan futbolunda yaxşı pul var, futbolçuların maaşları yüksəkdi. Lakin nəticə etibarı ilə oyunları yoxdu. Buna baxmayaraq, AFFA kifayət qədər çox çalışır. Amma bizdə futbolçu yoxdu. Assosiasiya prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov meydana çıxıb futbol oynayası deyil ki... Futbolçu olmalıdı. Biz həmişə futbola qeyri-ciddi baxırdıq. Deyirdik ki, uşaqdı da, qoy getsin, oynasın. Məsələn, mənim ailəvi dostumun övladı “Barselona”da məşqlərə başlayıb. Onu burdan seçib, aparıblar. O, mənə ordakı məşq prosesindən danışanda, bu qənaətə gəldim ki, hər bir azərbaycanlı futbolçu həmin rejimə dözməz. Səhər saat 5-də yuxudan qaldırırlar. Yəni, çox çətin peşədi”.

 

Bağırovun istefasına gəlincə, Dadaşov bildirib ki, sabiq komanda yoldaşını tərifləyib: “Bu hadisədə onun jest edib Müşahidə Şurasından çıxmasını deyil, əlacsızlığını görürəm. O, komanda adamıdı, komandada çalışıb. Biləndə ki, komandaya fayda gətirə bilmir, həmin anda ordan ayrılır. Bəhram hər yerdə futbolu təbliğ edir. Tək “Netfçi”ni deyil, ömürboyu Azərbaycan futbolunu təbliğ edib. Biz “KVN”ə gedəndə də birinci bayraq daşıyan Bəhram olub. Onun otağında həmişə Azərbaycan bayrağı yer alıb. Bəlkə də Bəhrəm başa düşdü ki, onun qərarları, səyləri, işləri heç bir fayda vermir. Ona görə də komanda üzvü olaraq, oyunu tərk etdi və dedi ki, bəlkə mənim faydam dəymir, gedim, digəri gələ bilər. Bu, “KVN”də də belə idi. Məsələn, səhnəcik quruduq, hərəmiz bir rolda oynamalı idik. Görəndə nəsə alınmır, bu adam çıxırdı və deyirdi ki, məndə alınmır. Bəlkə başqası gəlib daha çox fayda verə bilər. Bəhramın addımında böyük dərd-filan görmürəm. Başa düşdü ki, bu dəqiqəyə kimi köməyi dəyirdi, artıq fayda gətirmir. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq. Sadəcə, vaxt lazımdı. Futbolda düzgün siyasət oyunçu ilə bağlıdı. Onlar olmayandan sonra isə...”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR