Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib (26 Fevral 2017 13:43)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib (26 Fevral 2017 13:37)
Ərdoğana sui-qəsd əmrini o verdi (20 Fevral 2017 15:58)

Tarix: 30 Noyabr 2016 13:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana baş sağlığı verib.

 

Lent.az-ın Azərtac-a istinadən verdiyi məlumata görə, prezidentin məktubunda aşağıdakılar qeyd edilib:

 

Hörmətli cənab Prezident, 

Əziz Qardaşım,

Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 30 noyabr 2016-cı il.

 


Teqlər:  İlham Əliyev Ərdoğana başsağlığı verdi



RƏYLƏR


Top xəbərlər