Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər

Azərbaycanda baş vermiş ən dəhşətli zəlzələlər

​Azərbaycanın hansı bölgəsində dağıdıcı zəlzələ gözlənilir? (07 Mart 2017 11:38)

Tarix: 30 Noyabr 2016 16:58

Zəlzələ yeraltı zərbələr və yerin üst qatının titrəməsidir. Bu həm tektonik proseslərlə müşayiət olunan təbii olaraq, həm də partlayış, su bəndlərinin doldurulması, dağlarda yeraltı sürüşmələrlə müşayiət olunan süni olaraq baş verir.

Azərbaycan da öz mövcudluğu dövründə çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan zəlzələlər görüb.

Məsələn, 1139-cu ildə sentyabrın 30-da baş vermiş 9 ballıq zəlzələ zamanı Gəncə şəhəri dağılıb, çox sayda insan həlak olub.

Zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsib və təbii gözəlliyi ilə fərqlənən Göygöl gölü yaranıb. Bu zəlzələ haqqında Nizami Gəncəvi "İqbalnamə"sində yazıb.

Şamaxı şəhəri də çoxsaylı zəlzələlərə məruz qalıb. Hətta təbii fəlakətə görə şəhərin yeri də dəyişdirilib. Vətənimizdə baş vermiş ən dəhşətli zəlzələlər barədə Sputnik-in hazırladığı infoqrafikadan ətraflı məlumat əldə edə bilərsiniz.



Teqlər:  Azərbaycanda baş vermiş dəhşətli zəlzələlər



RƏYLƏR


Top xəbərlər