“Bu gün bizim birliyə daha çox ehtiyacımız var” - Azay Quliyev

“Bu gün bizim birliyə daha çox ehtiyacımız var” - Azay Quliyev
16:59 30 Noyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Azay Quliyev ATƏT PA-nın baş katibi ilə görüşdü - FOTO (25 Aprel 2017 23:17)
Azay Quliyev: "ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir" (18 Aprel 2017 11:37)
Azay Quliyev: "Azərbaycan ATƏT PA ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir" (18 Aprel 2017 11:05)

Məlumat verdiyimiz kimi Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak edir. Azay Quliyev bu gün  ATƏT Parlament Assambleyası adından, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasında çıxış edib.

Lent.az-ın məlumatına görə, ATƏT PA-nın vitse-prezidenti hazırda dünyada təhlükəsiziklə bağlı yaranmış vəziyyəti nəzərə alaraq, regionun bütün vətəndaşları üçün sülh və firavanlığın təmin olunması istiqamətində ATƏT Parlament Assambleyası ilə QDİƏT PA-nın birgə əməkdaşlığına əvvəlki dövrlərdən daha çox ehtiyac duyulduğunu deyib: “Biz, hər tərəfdən problemlərin meydana gəldiyi çətin bir zamanda yaşayırıq. Həll olunmamış münaqişələr, terror aktları, qaçqın məsələləri, miqrant böhranı, müəyyən ölkələrdə mövcud olan humanitar fəlakət, din haqqında yayılan yanlış təsəvvürlər, sülh və təhlükəsizlik üçün bir çox digər maneələr həssas və kövrək dünyamızda mövcudluğunu davam etdirir. Bizim üzləşdiyimiz problemlər qlobal xarakter daşıyır və çoxtərəfli, kompleksli və strateji cavab tələb edir, bu səbəbdən birlikdə əməkdaşlıq etməyimiz olduqca vacibdir”.

 

            Azay Quliyev mövcud çətinliklərlə mübarizədə parlament diplomatiyasının xüsusi rolunu vurğulayaraq təmsil etdiyi təşkilatla QDİƏT PA arasında əməkdaşlığın  5 mühüm məsələni diqqət mərkəzində saxlamasının zəruri olduğunu bildirib: “İlk sırada təhlükəsizlik məsələləri dayanır. Təəssüf ki, dünya fundamental və çoxşaxəli təhlükə rolunu oynayan beynəlxalq terrorizm tərəfindən ciddi təhdidlə üzləşir. İnsan hüquqları və hüququn aliliyi standartlarına uyğun olaraq biz, hər hansı bir gecikmə olmadan terrorizmə qarşı mübarizə aparmalı və  hüquqlarımızı və həyatımızı müdafiə etməliyik. ATƏT PA hökumətləri terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə və terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı addımlar atmağa çağırır”.

 

            Deputat çıxışında digər məsələ kimi ölkələrin qaçqın və miqrant probleminin həllində uğur qazana bilmədiyini qeyd edib: “Bu problemin həll yolunu tapmaq getdikcə daha da çətinləşir. Parlamentarilər olaraq,  təşkilatlarımızın və yerli parlamentlərimizin tam gücündən istifadə edərək miqrant problemini gündəlikdə ön plana çəkməliyik. ATƏT PA bu böhranın həllinə böyük önəm verir. Ötən fevral ayında təsis olunan ATƏT PA-nın Miqrasiya məsələləri üzrə “Ad hoc” Komitəsi Parlament Assambleyasının bu mövzuda işini koordinasiya edir və biz artıq ATƏT-in üzv dövlətlərinə miqrant probleminin həllinə dair  təkliflərimizi göndərmişik”.

 

            ATƏT PA-nın vitse-prezidenti həll olunmamış və uzadılmış münaqişələrin Avropanın təhlükəsizlik və stabilliyinə böyük təhdid olduğunu bildirib: “Hər birinizin bildiyi kimi, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna həll olunmamış münaqişələrin nəticələrindən böyük zərərlərə məruz qalmışdır. Faciəli və ağrılı nəticələr doğuran bu münaqişələr minlərlə insanın həyatını məhv etmişdir. Bu çətinliklərin həlli üçün sürətli və asan çıxış yolları mövcud deyil, lakin düşünürəm ki, Helsinki Yekun Aktı ruhunda ümumi bir yanaşma metodu hazırlanmalıdır. İnanıram ki, ATƏT regionunda münaqişələrin həlli yolunda parlament diplomatiyasının, qarşılıqlı etimadın və dialoqun mühüm əhəmiyyəti var”.

 

Vitse-prezident 2015-ci ildə Helsinkidə ATƏT PA-nın qəbul etdiyi “ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik” adlı qətnamənin mühüm əhəmiyyətini vurğulayaraq adıçəkilən sənəddə ATƏT PA-nın münaqişələrin, o cümlədən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazisindəki münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və toxunulmazlığı ilə bağlı prinsiplər əsasında həllinə çağırdığını bildirib.

 

            Azay Quliyev digər vacib məsələ olan parlament diplomatiyasının vasitəsi ilə parlamentarilər arasında dialoq və əməkdaşlığın dövlətlərarası gərginliyi azaltmağa, etimad mühiti yaratmağa və mürəkkəb problemlərin mümkün həll yollarının tapılmasına müsbət töhfə verəcəyini bildirib.

 

            Deputat           ATƏT PA, AŞPA və ATƏT DTİHB və digər əsas tərəfdaşların seçkiləri izləmək üçün Seçki Müşahidə Missiyası kimi mühüm təcrübədən istifadə etdiyini deyib: “Bu çərçivənin köməkliyi ilə, biz tərəfdaş təşkilatlarla əməkdaşlıq edərək seçkilərin müşahidə prosesinin effektivliyini artırılmasına çalışırıq. ATƏT PA seçkiləri müşahidə mövzusunda önəmli təcrübəyə malikdir və bu sahədə əməkdaşlığa məmnuniyyətlə hazırdır. ATƏT PA QDİƏT PA-da olan həmkarla əməkdaşlığı davam etdirməkdən məmnunluq duyur”.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Putinin qızı evini satışa çıxardı - FOTOLAR

26 Aprel 2017 21:28

Vanqanın 2017-ci ilin may ayı üçün DƏHŞƏTLİ PROQNOZU -

26 Aprel 2017 21:24

Məşhur müğənni yeni görüntüsünü sosial şəbəkədə paylaşıb - FOTO

26 Aprel 2017 21:22

Azərbaycanlı aktyor: "Evlənmək istəyirəm"

26 Aprel 2017 21:22

Bu il azərbaycanlı müğənnilərin toy qiyməti - SİYAHI

26 Aprel 2017 21:17

Həbsxanada qarşıdurma - 13 ölü

26 Aprel 2017 21:13

Məşhurların əsil adları

26 Aprel 2017 21:12

Onlar necə belə cavan qalır? - 40-dan 70-ə... - FOTO

26 Aprel 2017 21:12

Faiq Əmirlinin vəkilləri istintaqa vəsatət verib

26 Aprel 2017 21:12

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirdi

26 Aprel 2017 21:09

ABŞ və Çin arasında müharibə təhlükəsi - XƏBƏRDARLIQ

26 Aprel 2017 20:58

Nəcməddin Sadıkov Beynəlxalq müdafiə sərgisində iştirak edib -

26 Aprel 2017 20:58

Nişanlısını yataqda başqa oğlanla tutdu: şəkillərini çəkib paylaşdı - FOTO

26 Aprel 2017 20:57

Azərbaycan şou-biznesi İnstagram-da - FOTO

26 Aprel 2017 20:57

Dünyanın ən nüfuzlu məşhurları üçün əyləncə gecəsi - FOTOLAR

26 Aprel 2017 20:48

"Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur" - XİN

26 Aprel 2017 20:47

CHP Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək -

26 Aprel 2017 20:46

Naxçıvanda kikboksinq turnirinə start veriləcək

26 Aprel 2017 20:37

20 yaşlı qızı meşəyə aparıb zorladı: polisə deməməsi üçün təhdid etdi - FOTO

26 Aprel 2017 20:37

Hamilə tennisçi erməni nişanlısı ilə dincəlir - FOTO

26 Aprel 2017 20:32

Türkiyəli aktyor həbs olundu

26 Aprel 2017 20:29

Həbsxanada dustaqlar arasında qarşıdurma - 13 ÖLÜ

26 Aprel 2017 20:27

Bu fotodakı təhlükəni görürsünüz? - FOTO

26 Aprel 2017 20:27

Ukrayna səfirliyi Azərbaycan şirkətlərinə açılmış cinayət işləri ilə bağlı məsələni şərh edib

26 Aprel 2017 20:27

Ermənistan milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur -

26 Aprel 2017 20:24

ABŞ Rusiyaya nüvə zərbəsi endirmək imkanına malikdir - MOSKVADAN SOS

26 Aprel 2017 20:23

49 yaşı olsa da, yarıçılpaq sessiyaya çəkildi - FOTO

26 Aprel 2017 20:17

“Qarabağ”ın hücumçusu ən yaxşı legioner seçildi

26 Aprel 2017 20:14

“Nazlı”nın təqdimatı baş tutdu - EKSKLÜZİV

26 Aprel 2017 20:13

"Bir aya 10 min alıram" - Pərvin

26 Aprel 2017 20:12

Almaniyada “Heydər Əliyev-gənclik-multikulturalizm” mövzusunda beynəlxalq konfrans olacaq

26 Aprel 2017 20:12

Ətir vurmadan da gözəl qoxa bilərsiniz - YOLLARI

26 Aprel 2017 20:12

Rusiyadan Azərbaycana müasir silah və hərbi texnikanın yeni partiyası gətirilib

26 Aprel 2017 20:07

"Nyukasl"ın icraçı direktoru HƏBS OLUNDU

26 Aprel 2017 20:05

Məzunlarımız məktəb proqramının təxminən yarısını mənimsəmirlər - STATİSTİKA

26 Aprel 2017 20:05

Aprelin 28-dən sonra QARABAĞDA MÜHARİBƏ, 10 dəqiqə ƏRZİNDƏ... - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Aprel 2017 20:03

Gəncədə tələbələr üçün “Məzun 2017” adlı əmək yarmarkası keçirilib

26 Aprel 2017 20:02

Səməd Səmədov: "Ara mahnıları oxuyandan sonra məşhur oldum" - VİDEO

26 Aprel 2017 19:59

İngilis futbolçu 18 ay futboldan uzaqlaşdırıldı -

26 Aprel 2017 19:57

Azərbaycan şirkətləri Yaltadakı forumda iştirak edəcək? - AÇIQLAMA

26 Aprel 2017 19:52

Krım sahillərində faşist gəmisi tapıldı

26 Aprel 2017 19:48

Azərbaycan musqiçiləri Beynəlxalq Mahnı Festivalına qatılacaqlar

26 Aprel 2017 19:47

Həqiqət ortaya çıxdı - Tapılan tabutdakı rus generalıdır? - FOTO

26 Aprel 2017 19:42

Hitler ordusu tərəfindən qarət edilmiş XƏZİNƏ TAPILDI - VİDEO

26 Aprel 2017 19:42

“Real”dan 100 milyonluq təklif

26 Aprel 2017 19:39

Rusiyadan Azərbaycana yeni hərbi texnika gətirilib -

26 Aprel 2017 19:39

İslamiadanın açılış mərasimi V yarış gününə təsadüf edəcək

26 Aprel 2017 19:37

Külək libasını qaldırdı, yağış isə islatdı - FOTO

26 Aprel 2017 19:37

İspaniya Futbol Liqasının prezidenti: "Messinin 3-cü qolu əhvalımı lap korladı"

26 Aprel 2017 19:32

Azərbaycanlı aparıcı toyda elə geyindi ki... - FOTO

26 Aprel 2017 19:27