Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

OPEC kartelə üzv olmayan ölkələrlə görüş keçirəcək

OPEC kartelə üzv olmayan ölkələrlə görüş keçirəcək

Date: 30 November 2016 20:49

OPEC dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə görüş keçirməyi planlaşdırır.

 

APA-nın xəbərinə görə, bu barədə Bloomberg agentliyinə məlumatlı mənbə bildirib.

 

Görüşün Qətərin paytaxtı Dohada baş tutacağı qeyd olunur. Qeyd edək ki, OPEC-ə üzv olmayan ölkələrlə görüş noyabrın 30-a təyin edilmiş, sonra isə ləğv edilmişdi.

 

Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

 

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.


Tags:  OPEC kartelə üzv olmayan ölkələrlə görüş keçirəcək



RƏYLƏR


Top news