Xırdalanda mənzildən meyit tapıldı

Xırdalanda mənzildən meyit tapıldı
23:39 30 Noyabr 2016
111 Digər
Ölkə mətbuatı
A- A+

Xırdalanda evdən meyit tapılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Məmmədov Qəmbər İsgəndər oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:20-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261074

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR