"I qrup əlillər təhsil haqqından azad edilsin" - Millət vəkili

"I qrup əlillər təhsil haqqından azad edilsin" - Millət vəkili
14:54 1 Dekabr 2016
126 Digər
Ölkə mətbuatı
A- A+

“1-ci qrup əlillər ödənişli ali təhsildən azad edilsin, onların təhsil haqqı dövlət vəsaiti hesabına ödənilsin”.

 

Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva  Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" və "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin müzakirəsi zamanı çıxışında deyib.

 

Q.Paşayeva bildirib ki, fiziki imkanları məhdud şəxslərin, əlillərin təhsil və işlə təminatı sahəsində üzləşdiyi bəzi problemləri səsləndirərək bunun sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım ola biləcəyini vurğulayıb.

Bundan  başqa, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi məsələlərin var olduğunu deyən millət vəkili qeyd edib ki, bu sahəyə cavabdeh qurumların isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var: “ Bu şəxslər arasında elə gənclər var ki ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar, amma buna baxmayaraq özlərinə iş tapa bilmirlər. Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır. Onların işlə təmin olunması görmə imkanları məhdud minlərlə uşaq və gəncimizi ali təhsilə meyilləndirmək üçün böyük bir stimul olar”.

 

 

Q.Paşayeva bildirib ki, bir neçə müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənclərlə bağlı Təhsil Nazirinə müraciət olunub  və onlar işlə təmin olunacaq.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR