Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın
vətəndaş cəmiyyəti kontekstində” adlı məqaləsi dərc
olunub:
-2016-cı ilin aprel hadisələrindən sonra Ermənistan-Azərbaycan
qarşıdurma xəttində partlayış təhlükəli gərgin vəziyyətdə ciddi
dəyişiklik olmayıb. İstər iki ölkənin prezidentlərinin görüşləri,
istərsə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi
nəticələr verməyib. Qarabağ probleminin həllində, danışıqların
bərpa olunmasında ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı
siyasi xadimlər iştirak edir. Lakin hələlik heç kəs təminat verə
bilməz ki, Dağlıq Qarabağda atəşkəs rejimi yaxın gələcəkdə ədalətli
sülhlə başa çatacaq. Ona görə ki, əslində müharibə nə cəbhədə
dayandırılıb (işğal edilmiş ərazilər indiyə qədər işğaldan azad
olunmayıb), nə diplomatik, nə də media məkanında başa çatıb. Dağlıq
Qarabağ münaqişəsi həm biznes sahəsi, həm də siyasət – çirkli
biznes və məkrli siyasət qurmaq imkanı kimi kimlər üçünsə
sərfəlidir.
Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.