İlham Əliyevlə Sarkisyan arasında maraqlı QARABAĞ DİALOQU

İlham Əliyevlə Sarkisyan arasında maraqlı QARABAĞ DİALOQU
17:08 1 Dekabr 2016
908 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezident Serj Sarkisyan və xarici işlər naziri Eduard Nalbandyan vaxtaşırı olaraq Qarabağ danışıqlarının detalları ilə bağlı hakim Respublika Partiyasının iclaslarında məlumat verirlər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

“Məqsəd odur ki, “partiya qocalarında” XİN rəhbərinin “biznes-klas”da ora-bura uçmaqdan başqa heç nə etmədiyinə dair təəssürat yaranmasın”, - deyə qəzet qeyd edib.

Daha sonra qəzet Respublika Partiyasındakı mənbəyə istinadən, görüşlərin birində Azərbaycan və Ermənistan prezidentlərinin arasında Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı baş verən dialoqu açıqlayıb.

Prezident İlham Əliyev Qarabağda referendum ideyasına qarşı qəti sürətdə qarşı çıxır və Sarkisyandan soruşur:

“Mənim tərəfimdən səsləndirilən istənilən müddətlə razılaşacaqsınız?”.

- Bəli, - Sarkisyan cavab verir.

- İyirmi il – İlham Əliyev deyir.

- Razıyam – Sarkisyan cavab verir.

- Otuz il.

- Razıyam.

- Yetmiş il.

- O qədər heç kim yaşamaz – Sarkisyan bu dəfə etiraz edir.

Qeyd edək ki, Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi üçün referendumun keçirilməsi Madrid prinsiplərində əks olunub. Bu prinsiplərə görə, referendumun keçirilməsi üçün zaman çərçivəsi müəyyən olunmalıdır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/178149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR