Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp: "Rejim və hökumətləri devirməyəcəyik"

Tramp: "Rejim və hökumətləri devirməyəcəyik"

Date: 2 December 2016 07:44

ABŞ başqa ölkələrdə siyasi rejimlərin devrilməsinə yönəlmiş siyasət aparmağa səy göstərməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.   

 

“Biz rejim və hökumətləri devirməyəcəyik. Altı trilyon dollar tək Yaxın Şərqdə, xatırlayırsınız? Bizim məqsədimiz sabitlikdir, xaos deyil. Çünki biz ölkəmizi bərpa etmək istəyirik”, - deyə Tramp qeyd edib.   

 

Bundan əvvəl məlum olub ki, Tramp prezidentliyi dövründə ABŞ quru qoşunlarının sayını xeyli artırmaq, Yaxın Şərq, Şərqi Avropa və Cənub-Şərqi Asiyada ABŞ qoşunlarını gücləndirmək niyyətindədir.  


Tags:  Tramp Rejim hökumətləri devirməyəcəyik


RƏYLƏR


Top news