Zakir Qaralov vətəndaşları qəbul edəcək

Zakir Qaralov vətəndaşları qəbul edəcək
10:37 2 Dekabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş prokuror Zakir Qaralov cari il dekabrın 9-da saat 10:00-da Yevlax Rayon Prokurorluğunun inzibati binasında, Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Milli.Az xəbər verir ki, baş prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Yevlax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/495024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR