Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu şəxslərin maliyyə intizamı gücləndirilir

Bu şəxslərin maliyyə intizamı gücləndirilir

Date: 2 December 2016 12:29

"Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək üçün sistemli tədbirlər hazırlanıb". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman komitəsi, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

 

"Sahibkarlara göstərilən dəstəyin daha da artırılması baxımından bütün səviyyələrdə dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinə zəruri dəstəyin göstərilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığı ilə rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq məqsədi ilə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək, idarəetmə strukturunu təkmilləşdirmək, fəaliyyət səmərəliliyini artırmaq və dövlət büdcəsindən asılılığını aradan qaldırmaq üzrə sistemli tədbirlər hazırlanıb və həyata keçirilməsinə başlanılır".

S. Həsənova əlavə edib ki, görülən tədbirlər, manatın ucuzlaşması ilə yerli məhsulların rəqabətqabiliyyətliliyinin bərpası, qeyri-ticari sektora investisiyaların səngiməsi ilə ticari sektora investisiyaların sıxışdırılması amilinin aradan qaldırılması, habelə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlarının yol xəritəsinə uyğun olaraq beynəlxalq təcrübə də nəzərə alınmaqla hazırlanmış konkret tədbirlər paketi iqtisadiyyatın diversifikasiyasının genişlənməsinə imkan yaradacaq: "Diversifikasiyada qeyri-neft sektoru əhəmiyyətli rol oynayır. Bu istiqamətdə görülmüş işlər, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması, onlara güzəştlərin verilməsi öz bəhrəsini verəcək və bu sahədə iqtisadi artım 7%-dən yüksək olacaq".


Tags:  şəxslərin maliyyə intizamı gücləndirilir


RƏYLƏR


Top news