Dekabrın 12-si dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günüdür. Ulu öndərin əbədiyyətə qovuşmasından 13 il ötür. Türkiyənin İstanbul şəhərində dekabrın 10-da törədilən terror aktı nəticəsində həlak olanların sayı artıb. Suriya ordusunun qədim Palmira şəhərindən çəkildiyi rəsmən təsdiqlənib. Ötən həftə üç gün ərzində Azərbaycanın işğal altındakı ərazilərinə baş çəkib İrəvana geri qayıdan Ermənistan prezidenti Serj Sarkisyan ordu və əhalidən “çətin dövr”ə hazır olmasını istəyib.

Heydər Əliyev fenomeni: FOTOLARDA ƏBƏDİLƏŞƏN ANLAR

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il ötür. Bu itki yalnız cismanidir. Mənən isə Heydər Əliyev yenə xalqı ilə birlikdədir, öz parlaq ideyaları ilə yollarımızı işıqlandırmaqdadır. Qurduğu dövlət zamanın ən çətin sınaqlarına davam gətirə biləcək qədər güclü və qüdrətlidir. Ötən illər bu həqiqəti dönə-dönə təsdiqləyib.

Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının – dövlət xadimlərinin, siyasətçilərin, elm, ədəbiyyat və incəsənət adamlarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Sarkisyandan orduya TƏLİMAT, Moskvaya BÖYÜK ZƏRBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Heydər Əliyev fenomeni: FOTOLARDA ƏBƏDİLƏŞƏN ANLAR

Ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 13 il ötür.