"Sevilya"nın yarımmüdafiəçisi Stiven Nzonzi "Yuventus"un maraq dairəsində qalmaqda davam edir.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Turin klubu onun transferinə 30 milyon avro ödəməyə hazırdır. Amma "qoca sinyora" bu məbləği iki mərhələdə "Sevilya"nın hesabına köçürməyi təklif edir. 28 yaşlı havbek 2015-ci ilin yayından Əndəlus klubunda çıxış edir. Nzonzi bundan əvvəl "Stok Siti"də forma geymişdi.
Milli.Az