İranın narahatlığı Azərbaycanın güclənməsi ilə, Ermənistanın isə zəifləməsi ilə bağlıdır. İranın ürəyi Ermənistan üçün yanır, Fələstin üçün yox.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə İranın Azərbaycan-İsrail münasibətlərindən narahatlığının səbəblərini şərh edərkən deyib.

"İranın ürəyi Ermənistan üçün yanır, Fələstin üçün yox"

Millət vəkilinin sözlərinə görə, digər müsəlman ölkələrinin də İsraillə sıx əlaqələrinin olmasına baxmayaraq İran buna ciddi reaksiya vermir, çünki məsələnin bir tərəfi Azəbaycanın güclənməsi fonunda Ermənistanın zəifləməsi ilə bağlıdır:

"İranın ürəyi Ermənistan üçün yanır, Fələstin üçün yox"

"İsrailin bir sıra ərəb və digər müsəlman dövlətləri ilə çox yaxşı əlaqələri, normal münasibətləri və çoxşaxəli əməkdaşlığı var. Söhbət Misir, İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, o cümlədən Orta Asiya respublikalarından gedir. Azərbaycanın İsraillə əlaqələrinin inkişaf etdirilməsinə görə İranın ciddi narahat olmasının səbəbi isə dostu Ermənistanla bağlıdır.

"İranın ürəyi Ermənistan üçün yanır, Fələstin üçün yox"

Xüsusilə Azərbaycanın İsraillə təhlükəsizlik, hərbi sənaye sahəsindəki əməkdaşlığı İranı çox narahat edir. İranı narahatdır ki, Azərbaycanın Silahlı Qüvvələri güclənə bilər. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Halbuki, İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb. Çünki İran belə silahları yalnız Ermənistana verə bilər".

"İranın ürəyi Ermənistan üçün yanır, Fələstin üçün yox"

A.Mollazadə qeyd edib ki, hazırda regionda Ermənistana ən böyük iqtisadi, o cümlədən enerji baxımdan dəstək verən ölkə də məhz İrandır: "Bu məqamda çox obyektiv və səmimi bir sual yaranır. Nə üçün İran minlərlə müsəlmanı qətlə yetirmiş, yüzminlərlə müsəlmanı yurd-yuvasından didərgin salmış Ermənistana belə bir dəstək verir və bu azmış kimi Fələstindən danışır? Azərbaycanın Fələstin muxtariyyəti ilə çox gözəl, müsbət münasibətləri var. Onun rəhbəri Mahmud Abbas da, başqa rəsmiləri də bildiriblər ki, Azərbaycan-İsrail münasibətləri onları qəti narahat eləmir. Bu münasibətlərin İranı narahat etməsinin səbəbi isə dostu və müttəfiqi olan Ermənistanla bağlıdır.

"İranın ürəyi Ermənistan üçün yanır, Fələstin üçün yox"

Bilirsiz ki, Rusiya Ermənistanın silahlı qüvvələrini, iqtsadiyyatını tam nəzarətə götürüb. Lakin Ermənistanı ayaqda saxlayan, ona iqtisadi, enerji baxımdan ən böyük dəstəyi verən ölkə məhz İrandır. Mən özüm İrəvanda Dağlıq Qarabağa yanacaq, qida daşıyan, iqtisadi dəstək verən İran avtomobillərini, vətəndaşlarını görmüşəm. Bir şeyi də xatırladım ki, İran parlamentinin bir neçə üzvü çıxışlarında "Biz Ermənistanla bir millət, iki dövlətik" deyiblər".

İlkin İzzət
Milli.Az