Cəlilabadda dükana 1000 manatlıq ziyan vurdular

Cəlilabadda dükana 1000 manatlıq ziyan vurdular
13:12 6 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda ərzaq dükanından oğurluq edilib. Dükandan ümumi dəyəri 1000 manata yaxın olan ərzaq və siqaret oğurlanıb
Milli.Az CTV-yə (region tv-yə) istinadən bildirir ki, Cəlilabad rayonunda yenicə fəaliyyətə başlamış ərzaq dükanından oğurluq edilib. Hadisə axşam saatlarında rayonun Qarazəncir kəndində Bayramov Niyaz Məmmədağa oğluna məxsus ərzaq dükanında baş verib.

Qapının şüşəsini sındıraraq içəri daxil olan naməlum şəxs və ya şəxslər dükanın kassasından nəğd pulları, eləcə də siqaret, və müxtəlif növ ərzaq məhsulları aparıblar.
  
Dükanın sahibinin müraciətindən sonra polis hadisə yerinə baxış keçirilib. Cəlilabad rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı, hələ ki, şübhəli şəxs qismində saxlanan olmayıb. Cinayəti törədənlərin tapılması istiqamətində istintaq araşdırmaları davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR