"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Adana şəhərində keçiriləcək seminara 17 ölkədən 77 sənətçi qatılacaq.
Sənətkarlar kətan üzərində şəhərin tarixini, təbiətini və mədəniyyətini canlandıracaqlar.
Tədbirdə Albaniya, Bosniya və Herseqovina, Rusiyanın Dağıstan Respublikası, Xorvatiya, İran, Çernoqoriya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Kosovo, Makedoniya, Özbəkistan, Serbiya və Tacikistan təmsilçiləri iştirak edəcəklər.
Sənətkarların əsərləri yanvarın 19-dan 30-dək 75-ci sənət galereyasında nümayiş olunacaq.
Bundan başqa, rəsm sahəsinə marağı olanlar sənətçilərlə birlikdə panel iclaslarında iştirak edə biləcəklər.