Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem dünən Londonun Kensinqton səmtində idi.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bekhem avtomobilində küçədən keçərkən səkidə yıxılmış yaşlı qadını görüb. Maşını saxlayan Bekhem qadının ətrafına yığılmış insanlardan nə baş verdiyini soruşub.

Qadının yıxıldığını, başının səki daşına dəydiyini biləndə o, təcili yardıma zəng vurub, sonra isə qadına yardım təklif edib.

Daha sonra isə o, maşını yolun ortasına çəkərək hərəkəti dayandırıb.

Milli.Az

Bekhem yaşlı qadını gördü, maşını saxladı - FOTO
Bekhem yaşlı qadını gördü, maşını saxladı - FOTO