Səbail rayonu 9-cu Polis Bölməsinin əməkdaşlarının apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində "Kabusun kölgəsi" serialında rol alan və "Azəri Star 2011" layihəsinin rəhbəri, 1965-ci il təvəllüdlü Dadaşov Əlibəy Əlisəfa oğlunu saxlayıblar. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Milli.Az vesti.az-a istinadən xəbər verir ki, Dadaşov dələduzluqda və külli miqdarda pul mənimsəməkdə ittiham olunur.Azərbaycanlı aktyor Əlibəy Dadaşov həbs edilib.
O, müxtəlif banklardan və fiziki şəxslərdən külli miqdarda borc pul alıb və qaytarmayıb.
Bəzi məlumatlara görə, o, şou-biznesin yeni başlayan nümayəndələrinin promosyonu ilə də məşğul olub.
Dadaşov öz qardaşının evində saxlanılıb.
Milli.Az