Xalq artisti Mənsum İbrahimov ünvanına sərt sözlər səsləndirən həmkarı Canəli Əkbərova cavab verib.
Axşam.az-a açıqlama verən muğam ifaçısı bu ittihamlara münasibət bildirməyəcəyini söyləyərək, C.Əkbərovu tənqid edib:
"Onun dediklərinə fikir bildirmək istəmirəm. Yaşlı adamdır, əsəbləri yerində deyil. Bundan qalmaqal yaratmaq lazım deyil. Onun danışdıqları hamısı nağıldır. Cəmiyyət hamını yaxşı tanıyır".
Qeyd edək ki, C.Əkbərov M.İbrahimovu "Məcnun" obrazına onun hazırladığını deyib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində