Azərbaycanın Xalq artisti Canəli Əkbərovla muğam
müsabiqəsinin 5 münsif üzvi - xalq artistləri Arif Babayev, Səkinə
İsmayılova, Mənsum İbrahimov, Əlibaba Məmmədov və Sərdar Fərəcov
arasında yaranmış qalmaqalın əhatəsi genişlənməkdədir.
Məşhurlar Xalq artistini YIXIB-SÜRÜDÜ: “Onunla bir arada olmaq istəmirik, çünki...”
“Onunla bir arada olmaq istəmirik, çünki...”
“Xəstə və yaşlı adamdır, ağzına gələni danışır. Necə yəni, muğam
savadım yoxdur? Mən institut bitirmişəm. 1990-cı ildə tarixdə ilk
dəfə muğam professoru adını almışam. 30 ildir ki, Milli
Konservatoriyanın muğam kafedrasında işləyirəm. Xəstə adamdır,
xəstə adamdan niyə inciyim ki? Biz ona xanəndə yoldaşı kimi
məsləhət vermişik, başa salmışıq ki, kollektivdə yoldaşlıq etmək və
mehriban olmaq lazımdır. Özünü öyməklə və bağırmaqla irəli getmək
olmaz”.
A.Babayev Mənsum İbrahimov haqqında heç vaxt mənfi fikir
səsləndirmədiyini də bildirib: “Mənsum çox yaxşı insan və gözəl
xanəndədir. Onun xətrini çox istəyirəm və haqqında heç vaxt pis
fikir bildirməmişəm. Amma Canəli Əkbərovun dedikləri nağıldan başqa
heç nə deyil. İstədiyi qədər danışsın”.
Məlumat üçün bildirək ki, C.Əkbərov dünən verdiyi müsahibədə
Arif Babayevin muğam savadının olmadığını deyib. Həmçinin o,
A.Babayevin vaxtı ilə Məsum İbrahimovu bəyənmədiyini və ona “Ağzı
əyri gədə” dediyini bildirib.