Hakerlər şəxsi yazışmalarını internetə yerləşdirmək təhdidi ilə dünya şöhrətli məşhur futbolçu Devid Bekhemdən 1 milyon funt-sterlinq tələb ediblər.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bekhem tələbi rədd edib.
Bildirilir ki, kiberhücum Rusiya serverlərindən həyata keçirilib. Şantajçı "Artyom Lovuzov" niki ilə çıxış edib. O, 1 milyon funt-sterlinq ödəyəcəyi təqdirdə, Bekhemə oğurladığı bütün şəxsi məlumatları məhv etməyi vəd edib.
Qeyd edək ki, Bekhem oğurlanan şəxsi yazışmaların ona məxsus olduğunu etiraf edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində