Qırmızı vərəqələrə görə "rekord" vurur

Qırmızı vərəqələrə görə "rekord" vurur
14:37 9 Fevral 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A Seriyasının 18-ci turundan təxirə salınmış oyunda "Milan" "Bolonya"nı 1:0 hesabıyla məğlub edib. "Rossoneri" oyunu 9 nəfərlə başa vurmalı olub. Matçın gedişində Qabriel Paletta və Yuray Kuçka qırmızı vərəqə ilə cəzalandırılıblar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  "Milan" futbolçuları 2013-cü ilin iyunundan buraya qədər ümumilikdə 31 qırmızı vərəqə alıblar. Bu, Avropanın aparıcı 5 çempionatı arasında antirekorddur. "Bolonya" ilə matçda komandasını azlıqda qoyan Paletta isə bu mövsüm passivindəki qırmızı vərəqələrin sayını 3-ə yüksəldib. Bu da "Böyük beşlik" liqaları arasında ən pis göstəricidir.  

Qeyd edək ki, "Milan" sonuncu dəfə Bolonya səfərində 2002-ci ilin martında məğlub olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/515800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR