Avtoyuma məntəqələrindən oğurluq edən şəxslər saxlanılıb - ŞABRANDA

Avtoyuma məntəqələrindən oğurluq edən şəxslər saxlanılıb - ŞABRANDA
19:59 9 Fevral 2017
147 Digər
Ölkə mətbuatı
A- A+

Şabran rayonunda avtoyuma məntəqələrindən oğurluq edən şəxslər saxlanılıb.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakinləri  Mütəllimov Ceyhun Akif oğluna və Quliyev Hacı Rəşid oğluna məxsus avtoyuma məntəqələrindən avadanlıq oğurlanıb.
 
Şabran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradov Amin Əliyoldaş oğlu və Cavadov Cavad Həbibulla oğlu saxlanılıb. Onların avadanlığı Abbasov Rəşad Tofiq oğluna satdıqları məlum olub.
 
Faktla bağlı araşdırma davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR