Paytaxtda yangın: bir nəfər xilas edildi

Paytaxtda yangın:  bir nəfər xilas edildi
04:19 10 Fevral 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb.

 

Lent.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR