Dağlıq Qarabağ münaqişəsi zonasında qarşıdurma ciddi
şəkildə güclənir. Xüsusilə Qarabağa qanunsuz səfər edən Aleksandr
Lapşinin Bakıya ekstradisiyası ilə bir daha məğlub duruma düşən
İrəvan rejimi cəbhədə təxribat addımlarını genişləndirir. Lakin
Azərbaycan Ordusunun düşmənin təxribatının qarşısını uğurla alması
nəticəsində Ermənistan ordusu ciddi itkilər verib.
Publika.az xəbər verir ki, Ermənistan ordusunun
itkilər verdiyini erməni siyasi şərhçi Aram Amatuni də etiraf
edib.
1in.am saytında yayımlanan məqaləsində A.Amatuni deyib ki,
Ermənistanın Qarabağda itkiləri hər keçən gün daha da artır.
Son günlər cəbhədə baş verənlərə və Ermənistan ordusunun çoxsaylı
itki verməsinə diqqət çəkən siyasi şərhçi İrəvan rejimini
gücsüzlükdə və bacarıqsızlıqda ittiham edib.
“Cəbhədə itkilərimizin qarşısını necə almalıyıq? Aprel
döyüşlərindən sonra bu sual həmişə gündəmdə qalıb. Azərbaycanın
qarşısını bundan sonra da almaq çətin olacaq. İndi biz nə
etməliyik? Ermənistan sülh danışıqlarına qayıtmalı və gərginliyi
azaltmalıdır”, - deyə siyasi şərhçi bildirib.
Erməni politoloq Aleksandr İskəndəryan isə Qarabağda toqquşmaların
qaçılmaz olduğunu hesab edir: “Danışıqlar prosesi durğun
vəziyyətdədir və çətin ki, yerindən tərpənə. Buna görə də
eskalasiya hər an mümkündür. Biz cəbhədə gücləndirmələri müşahidə
edirik. Apreldən sonra gərginlik azaldılsa da, görünür, bunu
saxlamaq çətindir. Bu baxımdan, Qarabağda yeni qarşıdurma
gözlənilir”.
Asif