Səfa Mirzəyev: "Bu qanunun qəbul olunması ilə bütün işlər həll olunmayacaq”

Səfa Mirzəyev: "Bu qanunun qəbul olunması ilə bütün işlər həll olunmayacaq”
13:53 10 Fevral 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

“Qüdrətli ölkələr, misal üçün ABŞ və yaxud Rusiya qanunsuz yollardan da istifadə etməklə, xaricdəki şəxsləri həbs edib ölkəyə gətirə bilər. Ancaq Azərbaycan kimi ölkələr üçün bu, çox çətin məsələdir”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bu gün parlamentdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

S.Mirzəyev deyib ki, bu qanun layihəsinin çox böyük siyasi və mənəvi əhəmiyyəti var:

“Əgər biz bu qanunun dünya tərəfindən qəbul olunmasını istəyiriksə, onda gərək onun hamı üçün anlaqlı olmasına çalışaq. Yəni nümayiş etdirək ki, biz təkcə özümüz üçün qəbul etməmişik. Eyni zamanda, cəmiyyətə izah etməliyik ki, bu qanunun qəbul olunması ilə bütün işlər həll olunmayacaq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR