"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq" - ÇAVUŞOĞLU

"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq" - ÇAVUŞOĞLU
14:59 10 Fevral 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə heç bir halda Krımın qanunsuz ilhaqını tanımayacaq".

 

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Pavel Klimkinlə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə tam olaraq Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini və siyasi vahidliyini tanıyır: “Son 25 ildə olduğu kimi, bizim məqsədimiz birgə layihələr və strateji tərəfdaşlıq yolu ilə ölkələrimizi bir-birinə yaxınlaşdırmaqdır. Bu baxımdan hər iki ölkənin stabilliyi və təhlükəsizliyi son dərəcə önəmlidir”.

 

Türkiyəli nazir bildirib ki, 2016-cı ildə Türkiyəyə gedən ukraynalı turistlərin sayında 50 faiz artım qeydə alınıb və Türkiyə 1 milyon 50 min ukraynalı turist qəbul edib.

 

P. Klimkin isə iki ölkə vətəndaşlarının daxili sənədlərlə qarşılıqlı səfərlərinə dair razılıq əldə olunduğunu açıqlayıb: "Bizdə vizasız rejim var. Lakin gələcəkdə Ukrayna və Türkiyə vətəndaşları bizim ölkələrimizi daxili pasportlarla ziyarət edə biləcək".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267289

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR