Abdullah Gül: "Ölkədə vicdanı yaralayan hallar görürəm"

Abdullah Gül: "Ölkədə vicdanı yaralayan hallar görürəm"
17:54 10 Fevral 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyənin 11-ci prezidenti Abdulla Gül fövqəladə vəziyyət rejiminin verdiyi səlahiyyət çərçivəsində imzalanan qanun hökmündə qərarnamələr vasitəsilə universitetlərdən kütləvi xaricedilmələrə münasibət bildirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, A. Gül bu qərarlardan narahat olduğunu deyib: “Xüsusən elm dünyasında, universitetlərdə bu işin sıxlaşması çox narahatlıq doğuran, vicdanı yaralayan vəziyyətdir. Ümid edirəm ki, bunlar sürətlə düzəldiləcək”.  

 

A. Gül yaranmış vəziyyəti kədərlə izlədiyini söyləyib: “Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox hal görürəm”.

 

Qeyd edək ki, son qanun hökmündə qərarnamə ilə Türkiyə universitetlərindən 330 professor və müəllim qovulub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR