Rostropoviçin 90 illik yubileyi keçiriləcək

Rostropoviçin 90 illik yubileyi keçiriləcək
18:59 10 Fevral 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, dünya şöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq Artisti, Dövlət və Lenin mükafatları laureatı Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi keçiriləcək.

 

Bu məsələ ilə balı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

 

Sərəncamda vurğulanır ki, Mstislav Rostropoviç müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkardır. O, violonçel ifaçılığı tarixində yeni bir dövr açmış və ən mötəbər konsert salonlarında simfonik orkestr dirijoru kimi çoxsaylı çıxışları ilə ümumbəşər mədəniyyəti xəzinəsini daha da zənginləşdirib. Öz doğma vətəni Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsi və onun musiqi sənətinin inkişaf etdirilməsi sahəsində Rostropoviçin müstəsna xidmətləri var.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267316

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR