Naxçıvan Muxtar Respublikasının ildönümü

Naxçıvan Muxtar Respublikasının ildönümü
21:28 10 Fevral 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Bəzi mənbələrə görə, Naxçıvan Nuh peyğəmbərin məskənidir və "Naxçıvan" sözü "Nuh çıxan" ifadəsindən əmələ gəlib.
Qədim Azərbaycan torpağı olan Naxçıvanda tədqiqatlara görə ilk insanlar 500-300 min il bundan əvvəl məskunlaşıblar. E.ə. IX-VI əsrlərdə Naxçıvan ərazisi Azərbaycan ərazisində ilk mərkəzləşmiş dövlət olan Mannanın, daha sonra isə, onun tarixi və mədəni varisi olan Midiyanın tərkibində olub. Daha sonra Azərbaycan ərazisində mövcud olmuş müxtəlif dövlətlərin tərkibində olan Naxçıvanda 1747-ci ildə müstəqil xanlıq yaradılıb.

XIX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibinə daxil olan vilayətdə 1918-ci ildə Araz-Türk Respublikası yaradılıb. 1920-ci ildəki bolşevik işğalından sonra 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası elan olundu. Vilayət 1990-cı ildən etibarən Naxçıvan Muxtar Respublikası adlanır. Bu bölgənin tarixi və özəllikləri ilə daha geniş infoqrafikada tanış ola bilərsiniz. (Sputnik)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR