Dalğalar 114 milyon manatlıq kokaini sahilə çıxardı

Dalğalar 114 milyon manatlıq kokaini sahilə çıxardı
22:29 10 Fevral 2017
100 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın Norfolk qraflığında dalğalar sahilə 360 kiloqrama yaxın kokain çıxarıb.

 

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, fevralın 10-da, The Guardian nəşri məlumat yayıb.

 

Narkotik vasitənin əsas hissəsi Şimal dənizi sahillərində Hopton-on-si kəndi yaxınlığında tapılıb. Kokainin qalan hissəsi isə Keyster-on-si yaşayış məntəqəsindən 16 kilometr şimalda aşkarlanıb. Narkotikin bir neçə su keçirməyən bağlamaya yığıldığı qeyd olunur.

 

Bildirilir ki, yükün ümumi qiyməti təxminən 50 milyon funt sterlinq (114 milyon manat) təşkil edir.

 

Faktla bağlı Britaniya Milli cinayətkarlıqla mübarizə agentliyi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR