8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ

8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
10:39 11 Fevral 2017
497 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

 

Lent.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

 

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan uşaq dərhal keçinib.

 

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR