Mehdiabadda ev partlayıb: 2 yaralı

Mehdiabadda ev partlayıb: 2 yaralı
12:49 11 Fevral 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki yeni yaşayış sahəsində evlərdən birində təbii qaz sızması nəticəsində yanğına keçən partlayış baş verib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən  məlumatına görə,  dünən saat 10 radələrində həmin ərazidə yaşayan Təvəkkül Məmmədovun evində təbii qaz sızmasından yanğına keçən partlayış baş verib.

 

Hadisə  nəticəsində dağıntı olmayıb,  evin 20 kvm. sahəsində yanar konstruksiyalar yanıb. Yanğın zamanı yanıq xəsarətləri alan ev sahibi və qonağı, Bakı şəhər sakini İlham Kərimov xəstəxanaya yerləşdiriliblər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR