Mağazalardan oğurluq edən şəxs tutuldu

Mağazalardan oğurluq edən şəxs tutuldu
16:14 11 Fevral 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 12-də Bakı şəhər sakini Ülviyyə Abbasovanın evindən 450 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

 

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, həmin şəxs paytaxt sakini Aysel Məmmədovadır.

 

Bundan başqa, fevralın 10-da saat 6 radələrində Sabunçu rayonunun İ.Aslanov küçəsindəki mağazalardan birinin qapısının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən, paytaxt sakini, əvvəllər məhkum olunmuş Elçin Xəlilov Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 12-ci PB-yə təhvil verilib.


Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun fevralın 8-nə və 10-na keçən gecə daha 2 mağazadan ümumilikdə 150 manat pul, tütün məmulatı, təmir-tikinti alətləri, habelə 1 telefon təmiri məntəqəsindən 6 ədəd mobil telefon oğurlaması da müəyyən edilib.


 

Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 4-də və 8-də rayon ərazisindəki 2 avtoyuma məntəqəsindən hava balonu, qaynaq və avtoyuma aparatları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Amin Muradov və Cavad Cavadov ələ keçiblər.

 


DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt ŞPİ 1-ci və 4-cü PB əməkdaşları tərəfindən də  əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində yanvarın 23-də və 27-də şəhər ərazisindəki 1 gözəllik salonundan və 1 mağazadan pul, 1ədəd kondisioner və ətriyyat oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mustafayev tutulub.

 

Əvvəllər məhkum olunmuş Əli Mustafayev isə Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçib. O şəhər ərazisindəki mağazalardan birindən şirniyyat, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR