İki evdə yanğın

İki evdə yanğın
02:19 12 Fevral 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan 3 otaqlı mənzilində baş verib. Nəticədə mənzildəki taxta konstruksiyalardan ibarət artırma divarı 1 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bundan başqa Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı  evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR