13 FEVRAL

13 FEVRAL
09:13 13 Fevral 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 13-ü Ümumdünya Radio Günü qeyd edilir. UNESCO-nun üzvü olan dövlətlər bu barədə 2011-ci ildə qərar qəbul ediblər. Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb. Ümumdünya Radio Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanlarını artırmaq məqsədi ilə keçirilir.

Kinematoqrafiyanın banisi olan fransalı Ogüst Lümyer qardaşı Lui Lümyer ilə birlikdə hərəkətli təsvir əldə etmək üçün “Kinematoqraf” və ya “Sinmatoqraf” adlı aparatı kəşf ediblər. Bununla da dünya kinematoqrafiyasının əsası qoyulub. İlk pullu kinoseansın açılışı həmin ilin dekabrında Parisdə məhz Lümyer qardaşları tərəfindən həyata keçirilib.

1990-cı il. Almaniyanın birləşdirilməsi ilə bağlı razılıq əldə olunub. Bu razılaşmaya əsasən birləşdirilmə prosesi həmin il sentyabrın 12-də ABŞ, Böyük Britaniya, Sovet İttifaqı, Fransa, Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası tərəfindən imzalanmış sazişə əsasən həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/187545.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR