Lotu Qulidən 300 min dollar istəyirlər: Azərbaycanlı avtoritetlərdən yeni HƏMLƏ

Lotu Qulidən 300 min dollar istəyirlər: Azərbaycanlı avtoritetlərdən yeni HƏMLƏ
10:03 13 Fevral 2017
3443 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı avtoritetlərin hazırda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Lotu Quli ləqəbli Nadir Səlifova qarşı yaratdığı koalisiyaya yeni şəxs qatılıb.

Albert, Hacı, Rafik və Rufonun təmsil olunduğu koalisiyaya Ceyhun da qoşulub. Bu şəxs 2014-cü ildə Quli tərəfindən “taclandırılıb”. Ceyhunla eyni zamanda status alan Rafetin də bu yolu seçəcəyi güman edilir. Onun artıq bəzi dairələrlə danışıqlar apardığı bildirilir. Bəzi məlumatlara görə, Ceyhunun bu hərəkəti təkcə qulaqlarının kəsilməsi ilə cəzalandırılmayacaq.

Rusiya mətbuatının yazdığına görə, bu günlərdə Rafik artıq Quli ilə bağlı ikinci “proqon” verib. Ancaq həmfikirlərindən də heç kəs bu “proqon”un altına imzasını qoymayıb. Buna görə də “proqon” səs-küy yaratmayıb.

“Faktiki olaraq indi özünü “Qulinin rəqibi” adlandıran şəxslərdən heç biri həqiqi “qanuni oğru” deyil. Albert və Rüfət Rusiyada uzunmüddətli cəza çəkir və “oğru” deyillər. Hacı azadlıqdadır, ancaq çox dar çərçivədə, türklər arasında tanınır və bu, ancaq mərhum Rövşən Lənkəranskiyə olan hörmətdən irəli gəlir”,-deyə Rusiya saytları yazır.

R.Lənkəranskinin mühafizəçisi olmuş şəxslər ona sadiqliklərini hələ də qoruyub saxlayır. Ancaq Qulinin adamı kimi tanınan Ceyhun qarşıdurmalarda iştirak edib və titulunu itirib. Müxtəlif tərəflərə gedən Ceyhun sonda Lotu Qulinin hazırda Türkiyədə olan qardaşı Namik Səlifova müraciət edərək onun vasitəsilə Lotu Qulidən titulun alınması üçün ödənilən məbləği geri istəyib. Söhbət bəzi mənbələrə görə, 300 min dollardan gedir.

Mənbə bildirir ki, Lotu Quli uzun müddət həbsxanada olmasına baxmayaraq, hələ də nüfuzunu qoruyub saxlayır: "Merab və Laşa kimi tanınmış klan rəhbərləri onu öz tərəfdarları arasında görmək istəsələr də Lotu Quli 2021-ci ilə qədər bu məsələlərə birbaşa müdaxilə etməyəcək".

2021-ci ildə Lotu Qulinin azadlığa çıxacağı gözlənilir. (cebhe.info)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/cinayetdunyasi/187553.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR