Cocuq Mərcanlıda 200 ailəlik qəsəbə tikiləcək - "Qaçqınkom"

Cocuq Mərcanlıda 200 ailəlik qəsəbə tikiləcək - "Qaçqınkom"
11:39 13 Fevral 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 11-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin inşasında iştirak edəcək tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib və birgə müzakirələr aparılıb. Lent.az-ın komitənin saytına istinadən məlumatına görə, müşavirədə Ə. Həsənov bildirib ki, prezidentin imzaladığı sərəncama əsasən 1-ci mərhələdə həmin ərazidə 50 fərdi yaşayış evinin, 96 şagird yerlik məktəb binasının və müvafiq infrastrukturun tikintisinə bu günlərdə başlanılacaq. Layihəyə uyğun olaraq ərazidə 20 ədəd 2 otaqlı, 25 ədəd 3 otaqlı, 5 ədəd 4 otaqlı mənzillər inşa ediləcək.

 

Ərazidə yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək. Yaşayış kompleksi elektrik enerjisi, qaz, su ilə tam təchiz olunacaq.

 

Diqqətə çatdırılıb ki, Prezidentin tapşırığına əsasən növbəti mərhələdə həmin ərazidə 200 ailəlik qəsəbənin tikintisi planlaşdırılır.

 

Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib və işlərin tikinti qaydalarına uyğun olaraq yüksək səviyyədə icra olunmasının vacibliyini bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR