İlham Əliyev Almaniyanın yeni rəhbərini təbrik edib

İlham Əliyev Almaniyanın yeni rəhbərini təbrik edib
13:14 13 Fevral 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb .

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

 

 

“Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli qaydada sıx əməkdaşlıq bu gün dinamik şəkildə inkişaf etməkdədir.

Ümidvaram ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR