Rusiyada DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində yanğın baş verib

Rusiyada DÇ-2018 üçün nəzərdə tutulan stadion ərazisində yanğın baş verib
13:47 13 Fevral 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ Fevralın 13-də gecə saatlarında Rusiyanın Samara şəhərində 2018-ci il dünya çempionatı üçün inşa olunan stadion yaxınlığında yanğın hadisəsi qeydə alınıb. "Report"un "samru.ru"ya istinadən verdiyi məlumata görə, yanğının ümumi sahəsi 100 kvadratmetri əhatə edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Tikinti ərazisində olan 7 budka yanaraq, yararsız hala düşüb. Həmin budkalar fəhlələrin əyinlərini dəyişməsi üçün olub. 
Qeyd edək ki, DÇ-2018-in qrup mərhələsinin 4, eləcə də, 1/8 və 1/4 final mərhələlərinin oyunlarının keçiriləcəyi stadion bu ilin sonuna qədər hazır olmalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/rusiyada-dc-2018-ucun-nezerde-tutulan-stadionun-insasinda-yangin-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR