Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüş keçirir

Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüş keçirir
17:33 13 Fevral 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə səfərdə olan Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında təkbətək görüş başlayıb.

Publika.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin binasında keçirilən görüşdə ikitərəfli və beynəlxalq əməkdaşlığa dair müzakirələr aparılır.

Azərbaycanda səfərdə olduğundan məmnunluğunu ifadə edən latviyalı nazir qeyd edib ki, ölkəsi Azərbaycanla açıq və konstruktiv siyasi dialoqu yüksək qiymətləndirir.

E.Rinkeviçs deyib ki, prezidentlərin, parlamentarilərin və müxtəlif nazirliklərin rəhbərlərinin müntəzəm əlaqə yaratması iki ölkə arasındakı dialoqun intensivliyini göstərir:

“Hesab edirəm ki, əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük potensial var. Xüsusilə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı daha da genişləndirmək olar”.

O, 2016-cı ilin iyununda keçirilən Azərbaycan və Latviya arasında iqtisadiyyat, sənaye və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın son iclasının uğurlu olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan və Latviya hökumətləri arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında sazişin imzalanması gözlənilir.

Qeyd edək ki, görüşdən sonra Azərbaycan və Latviya xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirəcəyi nəzərdə tutulur.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR