ABŞ-da xüsusi əməliyyat: 700 nəfər saxlanıldı

ABŞ-da xüsusi əməliyyat: 700 nəfər saxlanıldı
01:09 14 Fevral 2017
157 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi (ICE) təhlükəsizliyə təhdiddə şübhəli bilinən 700 nəfəri saxlayıb, onlardan 75%-i əcnəbilərdir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ daxili təhlükəsizlik naziri Con Kelli bəyan edib.

 

“Los-Anceles, Çikaqo, Atlanta, San-Antonio və Nyu-Yorkda ICE əməkdaşları tərəfindən ictimai asayişə, sərhədlərin təhlükəsizliyinə və immiqrasiya sistemimizə təhlükə kəsb edən 680-dən çox şəxs həbs edilib. Onlardan 75%-i xarici ölkələrin vətəndaşlarıdır”, deyə C.Kelli bildirib.

 

Onun sözlərinə görə, həbslər bir neçə xüsusi əməliyyat nəticəsində ötən həftə həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR