ABŞ-ın yeni maliyyə naziri bəlli oldu

ABŞ-ın yeni maliyyə naziri bəlli oldu
04:54 14 Fevral 2017
135 Digər
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ Senatı Stiven Mnuçinin Maliyyə nazirliyinin rəhbəri vəzifəsinə namizədliyini təsdiq edib.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, S. Mnuçinin namizədliyinin lehinə 53, əleyhinə isə 47 senator səs verib.

 

53 yaşlı Stiven Mnuçin 1985-2002-ci ildə ABŞ-ın ən iri korporasiyalarından biri olan “Goldman Sachs”-da çalışıb.

 

S.Mnuçin həmçinin “Dune Capital Management”, “OneWest Bank Group” və “RatPac-Dune Entertainment” kimi şirkətlərin təsisçisidir. “RatPac-Dune Entertainment” məşhur “Avatar”, “İks-adamlar” (X-Men) və sair filmlərə prodüserlik edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR